Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 16 100 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 561 ədəd tankı, 1 625 ədəd zirehli döyüş maşını, 291 ədəd artilleriya sistemi, 90 ədəd havadan müdafiə sistemi, 49 ədəd zenit kompleksi, 115 ədəd hərbi təyyarəsi, 125 ədəd helikopteri, 1 089 ədəd nəqliyyat vasitəsi, 5 ədəd gəmi/kater, 72 ədəd yanacaq çəni, 53 ədəd dronu, 18 ədəd xüsusi texnikası məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.
Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
