Rusiyalı deputat müharibəyə qarşı çıxdı.
KONKRET.az xəbər verir ki, Voronej vilayətinin rayon şurasının Kommunist Partiyasından olan deputatı Nina Belyayeva Ukraynadakı müharibəyə qarşı çıxış edib.
“Mən Rusiya Federasiyası Prezidentinin qəbul etdiyi qərarın əleyhinəyəm. Və bu gün suveren Ukrayna dövlətinin ərazisində həyata keçirilən aksiyaların əleyhinəyəm. Baş verənləri hərbi cinayət hesab edirəm”, – deyə Belyayeva bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
