Rüstəm Muradov Qarabağdan geri çağırılacaq: YENİ TƏYİNAT – KİVbackend

Rüstəm Muradov Qarabağdan geri çağırılacaq: YENİ TƏYİNAT - KİV

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, Ermənistanın “Joğovurd” qəzetinin məlumatına görə, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.

“Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər”, – deyə qəzet yazıb.

Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini söyləyib.

Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edib. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiə naziri Sergey Şoyquya təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*