Şagird tualetə getmək üçün dizi üstdə müəllimdən icazə istədi – Nəticədə isə…backend

Şagird tualetə getmək üçün dizi üstdə müəllimdən icazə istədi - Nəticədə isə...

Rusiyada Perm Təhsil Departamenti məktəb müəllimini işdən qovub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi Perm vilayətinin Uşaq Hüquqları üzrə Müvəkkilinin aparatına istinadən yayıb.

Buna səbəb kimi, məktəblinin tualetə getmək üçün dizi üstdə müəllimdən icazə istəməsi olub.

Hadisə 2019-cu ilin dekabrında baş verib. 135 saylı məktəbin texnologiya müəllimi dərsdə danışdıqlarına görə bir neçə şagirdi iki dərs ərzində bir yerdə durmağa məcbur edib.

Oğlanlardan biri tualetə getmək istəyəndə müəllim imtina edib. O, dilə tutmağa davam edib və sonunda diz çöküb, amma bu da kömək etməyib. Nəticədə, şagird icazə olmadan tualetə qaçıb.

Olay haqda informasiyanı Uşaq Hüquqları üzrə Müvəkkilə zərərçəkənin anası ötürüb.

Yoxlama nəticəsində pedaqoji etikanın qismən pozulması müəyyən edilib, müəllim işdən çıxarılib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*