Şagirdlərin milli qiymətləndirilməsi aparılacaq – Nazirbackend

Şagirdlərin milli qiymətləndirilməsi aparılacaq - Nazir

Pandemiya dövründə verilən təhsilin keyfiyyətinin ölçülməsi üçün şagirdlərin milli qiymətləndirilməsinin aparılması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, pandemiya dövründə təhsildə geriləmə və ya irəliləmə olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır:

“Biz hansısa gümanlara deyil, ölçmələrə, elmə inanmalıyıq. Hazırda qiymətləndirmənin aparılması ilə bağlı planlar var. Amma bunun üçün uşaqlar məktəbə qayıtmalıdırlar ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*