Şahzadənin xanımı “Disney”lə müqavilə bağladıbackend

Şahzadənin xanımı "Disney"lə müqavilə bağladı

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl Sasseks hersoqinyası statusuna görə təyin edilən maliyyə imtiyazından imtina etdikdən sonra dünyaca məşhur “Disney” kinostudiyası ilə müqavilə imzalayıb.

KONKRET.az-ın xəbərinə görə, Amerika kinostudiyası Meqanın edəcəyi səsli dublyajın müqabilində Afrikadakı filləri qoruyan xeyriyyə təşkilatına vəsait köçürəcək. Müqavilənin hansı müddətə imzalandığı, Sasseks hersoqinyasının alacağı məbləğ, səsləndirələcək filmin mövzüsü və digər detallar barədə məlumat verilmir.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl onlara Sasseks hersoq və hersoqinyası statuslarına görə aldıqları maliyyədən imtina etdiklərini İnstaqram vasitəsilə elan etmişdilər. Onların yeni statuslarının nə olacağı, pul qazanmaq üçün hansı işi görmələrinə icazə veriləcəyi və təhlükəsizliklərinin hansı şəkildə qorunması ilə bağlı suallar hələ cavab tapmayıb. Bütün sadalananlar barədə son sözü Kraliça II Yelizaveta deyəcək.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*