“Xankəndidən əhali boşaldılır”.
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” öz müxbirinə istinadən xəbər verir.
Yerli sakinlərin demək olar ki, hamısının şəhərdən çıxarıldığı bildirilir. Şuşa şəhərində gərgin bir vəziyyət var.
“İzvestiya” müxbirinin hərbi dairələrdəki mənbəyinin verdiyi məlumata görə “Şuşa praktik olaraq Azərbaycana təslim edildi”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bu məlumatı təkzib edib. Lakin bildirib ki, yalnız jurnalistlər Xankəndindən çıxarılır.
