Şamaxı Rəsədxanasına baş direktor seçildi – FOTObackend

Şamaxı Rəsədxanasına baş direktor seçildi - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığıncağının iclası keçirilib.

KONKRET.az xəbər verir ki, onlayn iclasında AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik plazma fizikası sahəsində tanınmış alimdir və Rusiya, Kanada və İspaniya alimləri ilə birlikdə neytrin fizikası sahəsində mühüm işlərin, həmçinin 140 elmi əsərin (xaricdə 120), beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 95-dən çox əsərin müəllifidir.

Onlayn iclasda keçirilən açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Namiq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*