“Sanksiyalar da Rusiyanı yolundan döndərə bilməyəcək” –  Rəsmi Moskvadan ABŞ-a SƏRT REAKSİYAbackend

"Sanksiyalar da Rusiyanı yolundan döndərə bilməyəcək" -  Rəsmi Moskvadan ABŞ-a SƏRT REAKSİYA

“Vaşinqton Rusiya ilə münasibətləri gərginləşdirməkdən əl çəkməli və Ukraynaya silah verməyi dayandırmalıdır”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Vaşinqton və Moskva arasında münasibətləri qorumaq üçün nə etmək lazımdır sualına isə nazir müavini belə cavab verib:

“ABŞ Ukraynaya dəstək və silah verməyi dayandırmalıdır. Rusiyaya qarşı təhdidləri saxlayın! ABŞ Kiyevə münaqişənin dayanması üçün  təsir göstərə bilər. Bu da Rusiya-ABŞ münasibətlərinin normallaşdırılmasında önəmli addım ola bilərdi. Ancaq mən əminəm ki, Vaşinqton bunu etməyəcək. Buna görə də, münasibətlərin normallaşmasından danışmaq mənasızdır”.

Rybakov xüsusi vurğulayıb ki, Moskva-Vaşinqton əlaqələrinin intensivliyinin azalmasında günah ABŞ tərəfindədir:

“Biz bunu təəssüf hissi ilə qəbul edirik, lakin bu, Rusiyanın Ukraynadakı məqsədlərinə nail olmaq üçün irəliləmək əzminə heç bir təsir göstərməyəcək. Sanskiyalar da Rusiyanı qərarından döndərə bilməyəcək”.

Nazir müavini xatırladıb ki, martın 21-də ABŞ-ın Moskvadakı səfiri Con Sallivana etiraz notası təqdim edilib.

Nazir müavini bir daha qeyd edib ki, Rusiya-ABŞ münasibətlərini Vaşinqtonun seçdiyi yol müəyyən edir.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*