Savaş senarisi: İran İsraili buradan vura bilərbackend

Savaş senarisi: İran İsraili buradan vura bilər

İsrail və İran arasında savaş bütün Yaxın Şərq üçün əsl kataklizm olar.

KONKRET.az xəbər verir ki, bu sözlər amerikalı ekspert Robert Farlinin “Nəşinl İnterest” jurnalındakı məqaləsində yer alıb. Məqalədə vurğulanıb ki, İran və İsrail açıq müharibənin maraqlarına uyğun olmadığını çoxdan müəyyən ediblər, amma tərəflərdən biri hər an öz fikrini dəyişə bilər:

“Tehran xalq qiyamlarından və ölkə daxilindəki iqtisadi çətinliklərdən diqqəti yayındırmaq və ya lokal müharibənin ona regionda kifayət qədər siyasi nüfuz gətirəcəyi fikri ilə müharibəyə başlamaq qərarı verə bilər. İsrail də sürətli və dağıdıcı müharibənin İslam Respublikasını legitimlikdən məhrum edib, ölkədə destabilizasiya yaradacağı, eləcə də regionda nüfuzunu azalda biləcəyi nəticəsinə gələ bilər”.

Farli İsrailin İrandan silahlanmanın bütün tipləri baxımından öndə olduğunu bildirib. Ekspert İsraili geri salan yeganə məqamın ballistik raket olduğunu deyib:

“İran Suriya kimi, İraqda da hərbi resurslarını yerləşdirib. Etibarlı nümayəndələrin idarə etdiyi raket batareyaları bütün İsraildəki hədəfləri məhv edə bilər. İranın öz ərazisindən hədəfi vurmaq imkanı verən ballistik raketləri var. İranın Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA-ların köməyi ilə hücumu onun İsraillə mübarizə modelini nümayiş etdirir. İsrailə əsas zərbələri Suriya, Livan, Qəzza və İraqdakı iranyönlü döyüşçülər endirəcək”.

Ekspert İsrailin ilk növbədə İranın təsir dairəsində olan qüvvələrin raketlərini məhv etməyə çalışacağını deyib:

“Müharibə nə qədər davam edəcək? Yekunda İranın etibar etdiyi nümayəndələrin raket ehtiyatları onların entuziazmı kimi azalacaq. Əlbəttə, çox şey ABŞ-ın mövqeyindən asılı olacaq. Bununla belə müharibə İsraillə İran arasındakı ölkələrin dinc sakinlərinə baha başa gələcək”. (axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*