Seçki məntəqələrindəki müşahidə kameraları yığışdırılır? – AÇIQLAMAbackend

Seçki məntəqələrindəki müşahidə kameraları yığışdırılır? - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov seçki məntəqlələrindən müşahidə kameralarının yığışdırılacağı barədə iddialara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, MSK katibi Pravda.az-a açıqlamasında deyib ki, seçki məntəqələrinə müşahidə kameralarının yerləşdirilməsi barədə MSK qərar verir.

MSK katibi: "Bu, Xalq Cəbhəsinin iclası deyil" Pravda.az

“Bunu dayandırmaq olar? Belə bir şey yoxdur. Ayrı-ayrı adamları çəkməyə icazə verilmir. Kiminsə icazəsi olmadan onun şəklini çəkmək olmaz. Bu, qanundur, insanlar istəmədən şəkillərinin çəkilməsinə məcbur edilə bilməzlər. Seçki ictimai prosesdir. Sui-istifadə edib, adamlara qarşı təxribat törətmək olmaz. Ümumi çəkiliş aparılmasına isə kim qadağa qoya bilər? Belə şey olar? Söhbət fərdi insanlara münasibətdən gedir. Məntəqələrə veb-kameraların yerləşdirilməsi qanunidir, 2018-ci ildən uğurla tətbiq olunur. Bu prosesin MSK-nın işinə çox müsbət təsiri olur”, – o qeyd edib.

Qeyd: Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında sədr Məzahir Pənahovun “Vətəndaşın razılığı yoxdursa, heç kimin səsvermə günü seçki məntəqələrində onu çəkmək hüququ yoxdur. Bu, MSK-nı çəkiliş prosesinin tam qadağan olunmasına vadar edə bilər” açıqlaması ictimaiyyətdə məntəqələrdə müşahidə kameralarının da yığışdırılacağı fikrini formalaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*