“Şəhərin nəzarətə götürülməsi iki-üç günün, hətta bir həftənin işi deyil” – Puşilin Mariupoldan danışdı – ÖZƏLbackend

"Şəhərin nəzarətə götürülməsi iki-üç günün, hətta bir həftənin işi deyil” - Puşilin Mariupoldan danışdı - ÖZƏL

“DXR” rəhbəri Mariupolun hətta bir həftəyə nəzarətə götürülməsi ehtimalını rədd edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Puşilin şəhərdə hələ də bir neçə min ukraynalı hərbçinin qaldığını deyib:

“Mariupolda Ukrayna millətçi batalyonlarının bir neçə min əsgəri qalır.  Şəhərin nəzarətə götürülməsi iki-üç günün, hətta bir həftənin də işi deyil” – Denis Puşilin bildirib.

“DXR” rəhbəri ukraynalı hərbçilərin əsasən Azovstal zavodunda möhkəmləndiyini vurğulayıb: “Mən o qədər optimist deyiləm ki, iki-üç gün, hətta bir həftəyə şəhəri nəzarətə götürə biləcəyimizə inanım.  Təəssüf ki, bu mümkün deyil, şəhər çox böyükdür” – o deyib.

Xatırladaq ki, Mariupol yaxınlığında döyüşlər fevralın 25-də, müharibədən bir gün sonra başlayıb. Martın 18-də Rusiya Müdafiə Nazirliyi Mariupolun mərkəzində döyüşlərin getdiyini açıqlayıb. Martın 20-də məlum olub ki, Rusiya Qara Dəniz Donanması komandanının müavini Andrey Palı Mariupol uğrunda gedən döyüşlər zamanı həlak olub.  Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, martın 20-də 3 minə yaxın insan şəhərdən Zaporojye istiqamətinə üz tutub.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*