Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi – YENİLƏNİBbackend

Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi - YENİLƏNİB

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində həlledici görüşlər yekunlaşıb.

Beləliklə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin üçüncüsü olub.

Şəhriyar üçüncü yer uğrunda matçda ermənistanlı rəqibi Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb.

Bu mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə məğlub olub.

***

21:51
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə bu gün yekun vurulacaq.

KONKRET.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) yenidən üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb – 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Bugünkü 4 qarşılaşmanın ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gələcək. İlk oyun günündə 4 görüşün yekununda dünya çempionu qalib gəlib – 3:1.

Çempionlar Turu: “New In Chess”

Final

21:00. Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ)

İlk oyun – 3:1

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan)

İlk oyun – 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*