Şəhriyar Məmmədyarovdan FIDE Qran-prisində İLK QƏLƏBƏbackend

Şəhriyar Məmmədyarovdan FIDE Qran-prisində İLK QƏLƏBƏ

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster IV turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib.

Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, o, Qran-pridə ilk dəfə qarşılaşmasından qalib ayrılıb. 

Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*