Şəkidə geyim mağazası yandıbackend

Şəkidə geyim mağazası yandı

Şəkinin kəndində geyim mağazası yanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun İkinci Biləcik kəndində baş verib. Kənd sakini, Əbülfəz Süleyman oğlu Kərimova məxus, ümumi sahəsi 12 kv/m olan, hazırda istifadə edilməyən geyim mağazasında yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax və Şəki rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları içərisində olan avadanlıqlarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*