“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar bu gün SİHA təlimi keçmiş Azərbaycan hərbçilərinin mükafatlandırılacağı ilə bağlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar instagram səhifəsində bildirib:
“Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları təlimlərini yekunlaşdırmış hərbçilərinə sertifikatları təqdim etmək üçün Zərbə PUA-sı Təlim Mərkəzinə gedirik”.
Vəsilə İbrahim
KONKRET.az
