Selin ortasında qalan ailə belə xilas oldu – VİDEObackend

Selin ortasında qalan ailə belə xilas oldu - VİDEO

Əlcəzairin müxtəlif bölgələrində leysan yağışın səbəb olduğu sel fəlakətində 3 nəfər həyatını itirib. Küçələr və əkin sahələri su altında qalıb, bir çox evə böyük ziyan dəyib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, daşqından ən çox zərər çəkən ərazilərdən biri olan Tipazada təhsil dayandırılıb.

Məlumata görə, bir ailə selin ortasında çarəsiz qalıb.

Belə ki, seldə sürüklənən avtomobildən düşən şəxs ailəsini çıxarmağa çalışıb. Bu zaman uşaqlardan biri suda qalıb. Bir neçə saniyədən sonra kişi uşağı tutmağı bacarıb. Daha sonra o, ailəsini təhlükəsiz yerə aparmağa nail olub.

Qeyd olunub ki, Əlcəzair Meteorologiya Xidməti yaxın günlərdə ölkənin şimal bölgələrində daha çox yağıntının olacağı ilə bağlı xəbərdarlıq edib.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*