Şəmkirdə qaz balonu yanğına səbəb oldu – Xəsarət alan varbackend

Şəmkirdə qaz balonu yanğına səbəb oldu - Xəsarət alan var

Şəmkir rayonunda qaz balonunun partlaması nəticəsində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndində vətəndaşa məxsus evin balkonunda olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1981-ci il təvəllüdlü Ərşad Bəndəliyev yanıq xəsarəti alıb. O, bədənin üçüncü dərəcəli texniki yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ə. Bəndəliyevə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*