Dünən İran və Azərbaycan xüsusi təyinatlılarının birgə təliminin sözçüsü general Seyid Əli Tədəyyon noyabrın 24-də başlayan dördgünlük “Araz-2024” birgə taktiki təlimi ilə bağlı deyib ki, təlimin məqsədi strateji çərçivədə ikitərəfli əlaqələri möhkəmləndirmək və hərbi_potensialı artırmaqdır və təlimin əsas mərhələsi bu gün baş tutacaq.
KONKRET.az xəbər verir ki, iki ölkənin xüsusi təyinatlılarının birgə təliminin müxtəlif mərhələlərdə təşkil olunacağını vurğulayan iranlı general, xüsusi brifinq sessiyasının da uğurlu keçirildiyini və xüsusi təyinatlıların son iki gün ərzində müxtəlif əməliyyat və taktiki vəziyyət tətbiq edib və planlar hazırladıqlarını açıqlayıb.
O, Azərbaycan xüsusi təyinatlılarının SEPAH-ın imkanları barədə düşüncələrinə cavab olaraq deyib: “Dostlarımız İranın xüsusi təyinatlılarının imkan və bacarıqlarını görüblər və qüvvələrimizin bacarıqlarının həqiqətən uğurlu və operativ olduğunu etiraf ediblər”.