Sərhəddəki gərginlikdən bəhs edən Paşinyana Putindən CAVABbackend

Sərhəddəki gərginlikdən bəhs edən Paşinyana Putindən CAVAB

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş nazirinini səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisə ilə bağlı aparılan fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*