Şərif Şərifov da çempion ola bilməyibbackend

Şərif Şərifov da çempion ola bilməyib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatının sonuncu qarşılaşması baş tutub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, 97 kiloqram çəki dərəcsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov rusiyalı üçqat dünya çempionu Abdulrəşid Sadullayevlə yarışıb.

İlk hissəni 0:3 hesabı ilə uduzan Şərif, ikinci hissədən də 0:4 hesabl ilə məğlub ayrılıb. O, gümüş medalla kifayətlənməli olub.

Xatırladaq ki, bundan əvvəl Cəbrayıl Həsənov da 79 kiloqram çəkidə gümüş medal qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*