Səudiyyə Ərəbistanının xarici işlər naziri hesab edir ki, Tramp İranla müharibəyə üstünlük verməyəcəkbackend

Səudiyyə Ərəbistanının xarici işlər naziri hesab edir ki, Tramp İranla müharibəyə üstünlük verməyəcək

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səud bildirib ki,  ABŞ prezidenti Donald Trampın administrasiyası İranla silahlı münaqişəyə başlamaq niyyətində deyil.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb: “Mən bu administrasiyanın müharibə riskini artırdığını görmürəm. Əksinə, düşünürəm ki, prezident Tramp münaqişəyə üstünlük verməyəcək.

Ümid edirəm ki, İran tərəfi onun administrasiyasının yanaşmasına nüvə proqramı ilə bağlı məsələni gündəmə gətirməklə cavab verəcək və administrasiya ilə müsbət dinamika ilə düzgün yolda qalmağımıza kömək edəcək şəkildə qarşılıqlı əlaqədə olmaq istəyib”.

İsrail və İran arasında genişmiqyaslı müharibənin mümkünlüyü barədə suala cavab verən nazir Yaxın Şərqdə mümkün qədər hər hansı silahlı münaqişədən qaçmağın vacibliyinə işarə edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*