Şimali Koreya sınaqdan keçirdiyi raketin “yeni tip” qitələrarası ballistik raket olduğunu açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi yeni tip raketlərin hazırlanması və istifadə edilməsi haqqında məlumatlar yayıb. Bu raketin ilk dəfə atıldığı və sınaqların Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında keçirildiyi bildirilib.
Yaponiya raketin Hokkaydadakı Oşima bölgəsindən 150 kilometr qərbə, iqtisadi zonaya düşdüyünü təsdiqləyib.
BMT baş katibi Antonio Quterres qitələrarası ballistik raket sınağının BMT Təhlükəsizlik Şurasının qətnamələrini “açıq şəkildə pozduğunu” bildirib.
Brüsseldə keçirilən G7 liderlərinin sammiti çərçivəsində ikitərəfli görüş keçirən ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Kişida Fumio bu sınağı pisləyib. Görüş zamanı Bayden ölkəsinin Yaponiya və Cənubi Koreyanın “təhlükəsizliyinə sarsılmaz dəstəyini” vurğulayıb.
İqbal Rzayev,
KONKRET.az
