Bakının Binəqədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə rayon polis şöbəsindən məlumat verilib.
Hələlik 6 fevral saat 04:50 radələrində Binəqədi qəsəbəsində yaşayan 50 yaşlı Zeynalov Nizami Arifşah oğlunun öz yatağında ölmüş vəziyyətdə tapıldığı məlumdur.
İlkin məlumatlara görə, o, yatmazdan əvvəl siqaret çəkib, lakin yatağın yanında olan külqabındakı siqaretin kötüyünü tamamilə söndürməyib.
Nəticədə yorğan tüstülənməyə başlayıb və Zeynalov yuxuda ikən tüstüdən boğularaq ölüb.
Faktla bağlı istintaq davam edir.
Oxu.az
