Şirkət direktorundan 200 minlik İDDİAbackend

Şirkət direktorundan 200 minlik İDDİA

Bakıda şirkət direktoru müştərinin ona 200 min manat “atdığını” iddia edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Dashyunu” MMC-nin direktoru, 31 yaşlı Tural Allahverdiyev polisə müraciət edərək ərizə yazıb.

O bildirib ki, 2021-ci il may ayında Mingəçevir sakini, 1976-cı il təvəllüdlü Zaur Mirzəyev onu aldadaraq 200 min manatlıq sement alıb.

Direktor iddia edib ki, Z.Mirzəyev hələ də sementlərin dəyərini ona ödəməyib. Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*