“Sizə o dünyadan cavab verirəm” – Rəşid Mahmudovbackend

"Sizə o dünyadan cavab verirəm" - Rəşid Mahmudov

Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, yenisabah.az-a danışan R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib:

“Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*