Sobçak Martirosyanı “Azərçay”ın reklamından yayınarkən “yaxaladı”backend

Sobçak Martirosyanı "Azərçay"ın reklamından yayınarkən “yaxaladı”

Məşhur rusiyalı teleaparıcı Kseniya Sobçak komik altyor Qarik Martirosyanı, NTV-də münsiflərdən biri olduğu “Maska” şousunun efirində Azərbaycan çayının reklamından yayınmaqda suçlaylb.

KONKRET.az xəbər verir ki, o öz müşahidəsini Telegram-da bölüşüb.

Sobçak “Maska” şousunda yaranmış vəziyyəti “qeyri-adi” adlandırıb.

Onun sözlərinə görə, “Azərçay” verilişin baş sponsoru olub. Münsiflər heyətinin üzvləri buraxılış zamanı şirkətin loqotipi olan fincanlardan çay içirdilər, bu vaxt  Martirosyan ya fincanı elə qoyurdu ki, yazılar görünmürdü, ya da içkidən tamamilə imtina edirdi.

“Məzəli əhvalatdır, əlbəttə: Qarik ermənidir, burada sponsor Azərbaycandır. Münaqişə çərçivəsində bu, yəqin ki, bir çox suallar doğurardı və budur, o, fincanı gizlədir”, — deyə Sobçak  nəticə çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*