SOCAR dənizdəki işçilərini təxliyyə etdibackend

SOCAR dənizdəki işçilərini təxliyyə etdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün axşam saatlarından etibarən ölkədə hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar işçilərini təxliyyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, SOCAR-ın dənizdə işləyən təxminən 1 000-ə yaxın işçisi sahilə təxliyyə edilib:

“Dəniz platformalarında və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında FHN-nin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*