SOÇİ GÖRÜŞÜ – Münaqişə tərəfləri müəyyən razılıq əsasında işlərə başlayacaq! – ƏTRAFLIbackend

SOÇİ GÖRÜŞÜ - Münaqişə tərəfləri müəyyən razılıq əsasında işlərə başlayacaq! - ƏTRAFLI

Elman Vəliyev, siyasi şərhçi

“16 noyabr – “1 günlük müharibə” Ermənistanı danışıqlara sürükləmək üçün önəmli addım idi və nəticəsi də əhəmiyyətli oldu! Tərəflər arasında diplomatik danışıqlar aparmaq üçün Aİ görüş təşkil elədi, ancaq Rusiya ehtiyatını əldən verməyərək 26 noyabrda Soçidə görüş təşkil elədi. Aİ iki tərəf arasındakı gərginliyi birdəfəlik aradan qaldıra bilməz, nə də tərəflər arasındakı problemləri həll edə bilməz”.

KONKRET.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elman Vəliyev bildirib.

Onun sözlərinə görə, görüşdən qabaq Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edərək bir neçə məqama toxundu. Bunlardan önəmlisi Azərbaycanla uzlaşmaq fikrinin olmasıdır!

Analitik daha sonra vurğulayıb:

“16 noyabr səhərisi Vladimir Putin bəyan elədi ki, 10 noyabr bəyanatının müddəalarını yerinə yetirmək lazımdır! İki tərəf arasındakı məsələlər Rusiyanın vasitəsilə həll oluna bilər!

Soçi görüşü münaqişə tərəflərinin razılıq əsasında işlərə başlanılmasına təkan verəcək! Hesab edirəm ki, bu görüşdə delimitasiya və demarkasiya məsələsi üzrə komissiya yaradılacaq, atəşkəs bəyanatının müddəalarının yerinə yetirilməsi üçün vacib qərarlar veriləcək!

Artıq Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq! Paşinyan çıxışında bildirdi ki, hələ 1991-ci ildə tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanıyıb. 1991-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsi Ermənistan işğalı altında deyildi. Deməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağı Azərbaycan ərazisi kimi qələmə verməyə məcburdur!

Bəs Zəngəzur dəhlizi?

Paşinyan deyir ki, Azərbaycan tərəfi bildirir ki, dəhlizin açılmasına icazə verilməlidir, yoxsa zorla edəcəyik! Soçi görüşündə bu məsələ də müzakirə predimeti olacaq. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birbaşa əlaqə saxlaya biləcək. Buna heç şübhəmiz olmasın!

Həmçinin Ermənistan Azərbaycanla münasibətləri yumşaltdıqdan sonra Türkiyə ilə də diplomatiya başlayacaq!”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*