SON DƏQİQƏ: Amerika senatı “erməni soyqırımı”nı qəbul etdibackend

SON DƏQİQƏ: Amerika senatı "erməni soyqırımı"nı qəbul etdi

Amerika Senatı qondarma erməni soyqırımı qanun layihəsini qəbul edib.

KONKRET.az xəbər verir ki, qanun layihəsi bu gün Demokrat partiyasından olan Nyu Cersi senatoru Bob Menendes və Respublikaçı Texas senatoru Ted Kruz tərəfindən təqdim edilib.

Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən səsvermədə iştirak edən senatorlardan etiraz edən olmayıb.

Bundan əvvəl respublikaçı senatorlar Lindsi Qraham və daha sonra David Perdyu səsvermənin qarşısını alıb.

Oktyabrın 29-da Nümayəndələr Palatasının Baş Məclisində keçirilən səsvermədə 11 senator əleyhinə, 405-i isə qanun layihəsinin lehinə səs verərək 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan qətnaməni qəbul edib.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*