SON DƏQİQƏ: Ermənistan sərhədlərin demarkasiya və delimitasiyasına hazır olduğunu AÇIQLADIbackend

SON DƏQİQƏ: Ermənistan sərhədlərin demarkasiya və delimitasiyasına hazır olduğunu AÇIQLADI

“Ermənistan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib. O qeyd edib ki, Bakı razıdırsa, o zaman  Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır:

“Ermənistan buna hazırdır. Yeri gəlmişkən, may ayında Azərbaycan da prosesə hazır olduğunu açıqladı. Əgər Azərbaycan tərəfində ciddi hazırlıq varsa, düşünürəm ki, Rusiyanın vasitəçiliyi ilə irəliləyə, demarkasiya və delimitasiya prosesinə başlaya bilərik. Ermənistanla Azərbaycan arasında mövcud olan bu problemi, eləcə də digər bütün məsələləri həll etməyə çalışacağıq” – Qriqoryan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*