Qəbələdə baş verən yanğın məhdudlaşdırıldı – VİDEO / YENİLƏNİBbackend

Qəbələdə baş verən yanğın məhdudlaşdırıldı - VİDEO / YENİLƏNİB

Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb.

FHN-dən KONKRET.az-a bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur.

19:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Qəbələ şəhərində açıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 2 ha sahədə məişət tullantıları, quru ot və kol-kos yanır.

18:01

Qəbələ rayonunda yanğın başlayıb. 

KONKRET.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Yanğının rayonda yeni tikilmiş xəstəxananın yaxınlığında baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “qafqazinfo”ya bildirilib ki, yanğın kolluq ərazidə qeydə alınıb və kiçik ərazini əhatə edir:

“Qəbələ rayonunda, 28 may küçəsində  kiçik ərazidə kol-kos yanır. Əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub. Hazırda söndürülmə əməliyyatı həyata keçirilir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*