İstanbulun İstiqlal küçəsində güclü partlayış baş verib.
KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, partlayış zamanı 5 nəfər ölüb, 36 nəfər yaralanıb.
Partlayışı kamikadzenin törətdiyi bildirilir.
17:51
İstanbulun İstiqlal küçəsində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 11 nəfərin yaralandığı bildirilir.
Saat 16.20 radələrində baş verən partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürənlər göndərilib.
Təhlükəsizlik qüvvələri ərazini nəzarətə götürüb. Vətəndaşların hadisə yerinə yaxınlaşmasına icazə verilmir.
Partlayışın səbəbi hələlik məlum deyil.
Günel Mikayılova,
KONKRET.az
