“Sona qədər gedəcəyik” – Qazaxıstan neftçiləri TƏTİLƏ BAŞLADILARbackend

“Sona qədər gedəcəyik” - Qazaxıstan neftçiləri TƏTİLƏ BAŞLADILAR

Qazaxıstanda neftçilər tətilə başlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Məlumatda bildirilir ki, Manqistau vilayətində Karakudukmunai müəssisəsinin işçiləri maaşlarının artırılmasını tələbilə tətil edirlər.

“Biz şirkət rəhbərliyindən maaşlarımızı 100 min tenge qaldırmağı xahiş edirik. Bu ilin mart ayında biz artıq tətilə çıxmışdıq, sonra rəhbərlik tələbimizi yerinə yetirəcəyini vəd etdi, amma yerinə yetirmədi. Bu gün biz tətilimizi rəsmi olaraq qeydə aldıq və sona qədər getməyə hazırıq. Rəhbərliyin qərarını gözləyəcəyik”, – deyə neftçilər bildiriblər.

Onların sözlərinə görə, səlahiyyətlilər artıq hadisə yerinə baş çəkib, lakin heç nə etməyiblər.

Tətilçilər etirazın istehsalın dayanmasına səbəb olmayacağını vurğulayırlar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*