Sosial müavinətlərlə bağlı VACİB XƏBƏRbackend

Sosial müavinətlərlə bağlı VACİB XƏBƏR

Yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən konkret.az-a bildirilib ki, sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir.

2024-cü ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 224,4 milyon manat və ya 11,5 faiz çoxdur.

Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq, cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.

  • Samir
    Aprel 18, 2024 - 00:53

    Salam menim ehtiyyacim olan unvanli sosial yardimi ala bilmirem cunki torpaq voen,ailede Ata ana islemelidi bu qerarin yeniden baxilmasi mumkun deyilki .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*