Şoyqu erməni həmkarı ilə Qarabağdakı vəziyyəti müzakirə etdibackend

Şoyqu erməni həmkarı ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistan Respublikasının hərbi idarəsinin rəisi Vaqarşak Harutyunyanla telefonla danışıqlar aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi ərazilərdəki vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*