Su hövzələrindən sintetik torlar yığışdırıldıbackend

Su hövzələrindən sintetik torlar yığışdırıldı

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində  növbəti dəfə sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.

KONKRET.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı şəhəri və Xaçmaz rayonu akvatoriyasından, Kür və Bərgüşad çaylarından, Sarısu gölündən, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 4610 metr uzunluğunda 50 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*