Sumqayıt Tibb Mərkəzində ilk 6 ay ərzində xidmət sayı artıbbackend

Sumqayıt Tibb Mərkəzində ilk 6 ay ərzində xidmət sayı artıb

Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin ilk 6 ayının statistik göstəricilərini açıqlayıb.

Belə ki, STM-nin tabeli müəssisələrində bu ilin ilk 6 ayı ərzində 2 597 678 xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 % çoxdur.

KONKRET.az xəbər verir ki,sözügedən müddət ərzində ümumilikdə 12 121 əməliyyat icra edilib. Bu isə günlük orta hesabla 77 əməliyyat deməkdir.

Radioloji xidmətlərə (MRT, KT, USM, rentgen) gəldikdə yanvar-iyun aylarında 158 849 sayda xidmət həyata keçirilib.

STM-nin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin Neonatal reanimasiya və intensiv terapiya bölməsində 748 yenidoğulmuşa xidmət göstərilib, onlardan 187-si regionlardan təxliyə olunub.

Doğum şöbələrində isə eyni dövr ərzində 1 374 körpə dünyaya gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*