Sumqayıtda şəhidin xatirəsinə tikilən bulaq dağıdıldı – FOTObackend

Sumqayıtda şəhidin xatirəsinə tikilən bulaq dağıdıldı – FOTO

Vətən müharibəsinin şəhidi İlkin Xosrovzadənin xatirəsini əbədiləşdirmək üçün Sumqayıtda təməli atılmış bulaq kompleksi gecə saatlarında traktor vasitəsilə dağıdılıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şəhidin yaxınları paylaşım ediblər.

Bildirilib ki, bulağın kim tərəfindən və hansı səbəbdən dağıdıldığı məlum deyil. Bir müddət əvvəl bulağın inşasının başlanması ilə bağlı video da yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*