Şuşada “Xarıbülbül” festivalı BAŞLADI: Prezident də iştirak edir – CANLI YAYIMbackend

Şuşada “Xarıbülbül” festivalı BAŞLADI: Prezident də iştirak edir - CANLI YAYIM

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib.

Festivala Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları-Arzu və Leyla Əliyevalar da qatılıblar.

Festival sabaha qədər davam edəcək. Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilir.

KONKRET.az canlı yayımı təqdim edir:

***

09:21
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
Xarıbülbül musiqi festivalı başlayır.

KONKRET.az xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*