Şuşada yaralanan əsgərimiz: İki gün morqda qaldı, yaşadığı məlum oldu, xəstəxanaya aparılarkən minaya düşdü – MÖCÜZƏ – FOTObackend

Şuşada yaralanan əsgərimiz: İki gün morqda qaldı, yaşadığı məlum oldu, xəstəxanaya aparılarkən minaya düşdü - MÖCÜZƏ - FOTO

Morqa aparılan əsgərimizin yaşadığı məlum olub.

KONKRET.az sonxeber.az-a istinadən xəbər verir ki, həmin əsgər baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlu olub.

Bildirilir ki, o Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib.

Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilib və əsgər yoldaşları tərəfindən morqa aparılıb. İki gün morqda qalıb. Üçüncü gün digər valideyinlər öz nəəşlərini təhvil götürməyə gəldikdə Elxanın “xırıltısını ” eşidiblər və onun sağ olduğunu anlayıblar. Xəstəxanaya aparmaq qərarına gəliblər.Elxan Hüseynov xəstəxanaya aparılarkən maşın minaya düşüb və möcüzəvi şəkildə sağ qalıb. Hadisə nəticəsində daha da ağır yaralanan Elxan hazırda Bakıda reanimasiyadadır.

  • Zamina Elturan
    Noyabr 28, 2020 - 13:56

    Allah dayağı olsun.Amin.

  • Şəlalə
    Noyabr 28, 2020 - 16:28

    Oldurmeyen Allah oldurmur vallah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*