Milli Məclisin deputatı Tahir Kərimli mətbuata verdiyi açıqlamada polisi döyən keçmiş deputat Eldəniz Səlimovla bağlı onun deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı Milli Məclisdə səsvermə keçirilərkən o protokol qaydasında səsvermədə iştirak etmədiyini bildirib. Bu barədə Tahir Kərimli açıqlamasında qeyd edib. Bu fikirlər isə cəmiyyətdə birmənalı qarşılanmayıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a fikirlərini bildirən Xalq artisti, görkəmli aktyor Rasim Balayev Tahir Kərimlini qınayıb. O açıqlamasında Tahir Kərimlinin bu addımı ilə Eldəniz Səlimova haqq verdiyini bildirib.
“Mən başa düşə bilmirəm ki, Tahir Kərimli hansı dünyada yaşayır. O, başa düşmür ki, polisi döymək nə deməkdir. Belə görürəm ki, biz Tahir Kərimli ilə tamam ayrı dünyada yaşayırıq. Əlbətdə, onun yaşayışı ayrı, səlahiyyəti ayrı, yüksək deputat postu, polisin ona çest verməsi ona görə də bunlar belə addım atırlar. Tahir Kərimli başa düşsün ki, Eldəniz Səlimov ola bilər deputat səlahiyyətini aşmasın, ancaq o insanlıq səlahiyyətini, insan səlahiyyətini aşıb. İnsan əməlinə sığmayan hadisə törədib.
Tahir Kərimlini də, digər deputatları da vətəndaşlarımız, insanlar seçib Milli Məclisə, ona görə özündən çıxmasın!”

Tahir gör nə qədər qudurub ki, özünə oxşayan millət üzü qarasın tərəfini saxlayır. Bir tərəfdən də baxanda düz eləyir. Tahir İsmayıllıdan anadan olandan deputatdır. Xalq cəbhəsi vaxtı da, indidə, kukla kimi oturub orada, arada boş boş danışır indiki kimi, maaşı alır, işin görür, seçici?!?Rasim müəllim, Tahir hansı kənd və qəsəbələrdə seçimidir özü də bilmir, abır həya da yoxdur ki, çıxsın. Bizdə axı ölənə qədərdir, kərək ayaqları irəli çıxarsınlar, başqa cür olmaz.