Tanınmış azərbaycanlı iş adamı COVID-19-dan öldü – FOTObackend

Tanınmış azərbaycanlı iş adamı COVID-19-dan öldü - FOTO

Tanınmış iş adamı, “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib. 

KONKRET.az xəbər verir ki, bu barədə qafqazinfo-ya mərhumun yaxınları məlumat veriblər. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*