Azərbaycan Respublikası Tarif (qiymət) Şurası dünən – 31 yanvarda verdiyi qərarla yenidən ölkə gündəminə gəldi. Şuranın iclasında suyun qiymətlərinə baxılaraq, onun qaldırılması barədə verilən qərar cəmiyyətdə birmənalı qarşılanmadı. Hətta Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında da bu məsələ müzakirə mövzusu oldu. Deputat Taif Şurasının ləğv olunmasını təklif etdi.
Bəs bəzi deputatlar da daxil olmaqla xalqın narazılığına səbəb olan qərarlar verən Tarif Şurasının tərkibi kimlərdən ibarətdir?
KONKRET.az gündəmi nəzərə alaraq Tarif Şurasının tərkibini təqdim edir:
Şuranın üzvləri:
Azərbaycan Respublikası maliyyə nazirinin müavini – Azər Bayramov
Azərbaycan Respublikası vergilər nazirinin müavini – Sahir Məmmədxanov
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Toğrul Musayev
Azərbaycan Respublikası energetika nazirinin müavini – Gülməmməd Cavadov
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini – Əli Abdullayev
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini – İlham Quliyev
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini – Elsevər Ağayev
Azərbaycan Respublikası təhsil nazirinin müavini – Firudin Qurbanov
Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini – Anar Əliyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədr müavini – İsmayil Hüseynov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini – Dövlətxan Dövlətxanov