Tayvan boğazında Çin və ABŞ-nın hərbi gəmiləri arasında gərginlik – VİDEObackend

Tayvan boğazında Çin və ABŞ-nın hərbi gəmiləri arasında gərginlik - VİDEO

Çin və ABŞ donanmasının hərbi gəmiləri Tayvan boğazında üz-üzə gəlib.

KONKRET.az xəbər verir ki, gəmilərin necə yaxınlaşdığını göstərən qısa video da yayımlanıb.

“Çin hərbi gəmisi yüksək sürət əldə edərək “USS Chung-Hoon” hərbi gəmisinə 150 ​​metrdən az məsafədə yaxınlaşıb”, – məlumatda deyilir.

Nəticədə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi kursunu dəyişmək və sürəti azaltmaq məcburiyyətində qalıb.

Qeyd edildiyi kimi, video Kanadanın “HMCS Monreal” gəmisindən lentə alınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*