Türkiyənin İstanbul şəhərində limanda görüntülənən tayvanlı turistin koronavirus tədbiri sosial mediada gündəmə çevrilib.
KONKRET.az xəbər verir ki, bu barədə kadrları “Hürriyyet” yayımlayıb.
Videodan görünür ki, turistin çantasında led ekranda “Çinli deyiləm. Tayvanlıyam, Türkiyəm üçün canımı verərəm” yazısı əks olunub.
İki dildə yazılan bu cümlələr hər kəs tərəfindən böyük maraqla qarşılanıb.
