“Tələbə təhsil haqqını ödəyə bilmirsə, işləsin” – Siyavuş Novruzovbackend

"Tələbə təhsil haqqını ödəyə bilmirsə, işləsin" - Siyavuş Novruzov

“Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov “Müsavat TV”-nin canlı yayımında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda çıxışı zamanı səsləndirib.

Daha sonra Siyavuş Novruzov dünya təcrübəsindən nümunə gətirib:

“ABŞ-da varlı adamların övladları tələbə olarkən gedib kafedə işləyib pul qazanır. Bəs niyə Azərbaycanda olmasın?”.

Əli Əliyev isə Siyavuş Novruzova cavabında bildirib ki, ABŞ-da tələbə ofisiant işləyən zaman gününə 50 dollar pul qazanır, amma Azərbaycanda alim belə gününə o qədər pul qazana bilmir.

  • Vidadi
    Yanvar 19, 2021 - 14:02

    Bizim dövrdə iş yeri çox idi.

  • Səbuhi
    Yanvar 19, 2021 - 14:16

    Təhsil ala-ala işləyəndə sənin kimi deputat yetişir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*