Teymur Rəcəbov Şəhriyar Məmmədovu Dünya Çempionatından kənarlaşdırıbbackend

Teymur Rəcəbov Şəhriyar Məmmədovu Dünya Çempionatından kənarlaşdırıb

Bu gün ölkəmizi təmsil edən iki qrossmeysterin qarşılaşmasında Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu məğlub edib.

KONKRET.az bildirir ki, təmsilçilərimizin arasındakı hər iki partiya heç-heçə ilə nəticələndikdən sonra şahmatçılar münasibətlərini tay-breykdə aydınlaşdırmalı olublar. Yenə də ilk iki partiyada qalib müəyyən olunmayıb.

Sonuncu iki ondəqiqəlik partiyada isə vəziyyət dəyişib. Əvvəlcə Rəcəbovun ağ fiqurlarla oynadığı partiya da heç-heçə qeydə alınıb, amma cavab oyununda Teymur həmyerlisinə qalib gəlib.

Beləliklə, Teymur Dünya Kubokunun 1/4 finalına yüksəlib. O, tay-breykdə polşalı Yan Kşiştof Duduya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Syünlə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*