Sərnişin təyyarəsi Yaponiyaya məcburi eniş edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tokionun “Narita” hava limanından Fukuokaya uçan “Jetstar” sərnişin təyyarəsi Naqoya hava limanına məcburi eniş edib.
Bildirilib ki, təyyarənin məcburi enməsinə səbəb bomba təhlükəsi ilə bağlı daxil olan mesaj olub.
Məlumata görə, sərnişinlərdən və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Hüquq–mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
İqbal Rzayev,
KONKRET.az
