Tolik: “Nə yaxşı ki, neftçi övladıyam”backend

Tolik: "Nə yaxşı ki, neftçi övladıyam"

“Bu gün Azərbaycanda Neftçilər Günüdür. Mən də neftçi ailəsində göz açmışam. Atam 30 ildən çoxdur ki, neft daşlarında işləyir. Bibim də illərlə neft daşlarında işləyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış prodüser Tarix Əliyev (Tolik) öz “İnstagram” səhifəsində qeyd edib.

Prodüser bu gün münasibətilə atasını və digər neftçiləri təbrik edib:

“Evimizdə isti yorğan-döşəyimizdə yatanda atam qurudan 200 km uzaqlıqda – dənizin ortasında öz neftçi dostları ilə Azərbaycanın ən dəyərli sərvəti olan qara qızılı çıxarıb. Ölkəmizin inkişafında böyük rol oynayan neftimizin az hissəsində də olsa, əziyyətinin payı var. Bütün neftçilərimizə Allahdan can sağlığı arzu edirəm. Dünyasını dəyişmiş neftçilərimizin övladlarına Allah səbir versin. Çünki o dəhşətli hadisə baş verərkən mənim də atam dənizdə öz platformasından izləyib, o həyəcanı keçirirdi. Nə yaxşı ki, neftçi övladıyam. Neftçi övladları, valideyninizlə qürur duyun. Çünki hər birinin, həqiqətən də, Azərbaycanın inkişafında rolu var”.

Xatırladaq ki, bu gün, sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və bu gün Neftçilər Günü kimi qeyd olunur. 1994-cü ilin sentyabrın 20-də Azərbaycanla beynəlxalq şirkətlər arasında “Əsrin müqaviləsi” imzalanıb.

Müsavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*